"Keşlə" klubu yoldaşlıq görüşü keçirib. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Bakı Olimpiya Stadionunun köməkçi meydançasında Küveytin "Al-Fahaheel" klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

“Keşlə”nin hər iki qolunu baxışa çağırılan legionerlər Aleksandr Kristovao və Patrik Fraydey vurub.