Əfsanəvi futbolçu Xavi məşqçi kimi ilk titulunu qazanıb. 

Offsideplus.az xəbər verir ki, onun başçılıq etdiyi Qətərin “Əl-Sədd” komandası “Əl-Duhayl”a 1:0 hesabı ilə qalib gələrək şeyx Yassim kubokuna sahib olub. Bu turnir 1976-cı ildən mövsümlərarası fasilə dövründə, birinci və ikinci divizion komanlarının iştirakı ilə keçirilir.

Qeyd edək ki, Xavi bu ildən etibarən baş məşqçi kimi fəaliyyət göstərir.