Gənc Uelsli futbolçu Joel Darlinqton özünə qəsd edib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı gənc oyunçu özünü asaraq intihar edib.

Belə ki, onu evinin qarajında asılmış vəziyyətdə tapıblar. İlkin ehtimala görə, tez-tez zədə alması hücumçunu bezdirib və bu üzdən belə addıma əl atıb.

Darlinqton bir neçə il əvvəl "Mançester Yunayted" klubunda baxışda olub, lakin yoxlama görüşlərinin birində qolu sındığı üçün geri qaytarılıb.