Qazaxıstan Premyer Liqasında XXII turun simvolik komandası açıqlanıb.

Azərbaycan millisinin qapıçısı Emil Balayev yenə rəmzi komandaya düşüb.

O, "İrtış"la səfər qarşılaşmasında qapısının toxunulmazlığını qoruyaraq buna nail olub. Kostanay təmsilçisinin 2:0 hesablı qələbə ilə dönməsində 25 yaşlı qolkiperin rolu xüsusi vurğulanıb. Balayevlə yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də simvolik "11-liy"ə salınıb. Turun ən yaxşı baş məşqçisi isə Kostanay klubunun çalışdırıcısı Nurbol Jumaskaliyev seçilib.

Qeyd edək ki, 22 turdan sonra Premyer Liqaya "Tobol" başçılıq edir.