Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.


Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni aldığı “Nissan GT-R” markalı avtomobili ilə fotosunu İnstaqram hesabında paylaşıb.

Məlumat üçün bildirək ki, bu avtomobilin qiyməti 150 min dollardan (255 min manat) başlayır.
Araz bundan öncə isə “Maserati” sürürdü.