Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"la qarşılaşan "Tottenhem" 3:2 hesabı ilə qalib gəlib. Qələbə qolunu Harri Keyn əsas vaxta artırılmış 4-cü dəqiqədə uzaq məsafədən vurub.

Qeyd edək ki, 13 komandanın iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunda turnir cədvəlinə 6 xalla "Arsenal" başçılıq edir.