İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb. 

Offsideplus.az xəbər verir ki,  bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medalın sahibi olub.

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan 2 qızıl, 2 gümüş, 2 bürünc medalla 17-ci pillədə qərarlaşıb.