İspaniyanın "Barselona" klubunun və Argentina yığmasının kapitanı Lionel Messi kişilər arasında ən yaxşı beynəlxalq futbolçu adına layiq görülüb.

ESPY (Excellence in Sports Performance Yearly Award) versiyası üzrə mükafatlandırma mərasimi ABŞ-ın Los-Anceles şəhərindəki "Microsoft" teatrında təşkil olunub.

Dünya çempionu tituluna yiyələnmiş ABŞ millisinin üzvü Aleks Morqan ən yaxşı qadın idmançı, yığmanın özü ən yaxşı komanda sayılıb.

Avstraliyalı Sem Kerr ən yaxşı qadın futbolçu, "Los-Anceles Qelaksi"nin isveçli hücumçusu Zlatan İbrahimoviç MLS-in ən yaxşı oyunçusu kimi mükafatlandırılıb.

Rusiyalı Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) ən yaxşı oyunçusu adlandırılıb. 2018-ci ildə o, ilin idmançısı sayılmışdı.