Mövsüm başa çatan kimi "Neftçi"dən ayrılan Petru Rakunun yeni klubu müəyyənləşib.

Müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.

"Neftçi" ilə müqavilə müddəti başa çatdığı üçün azad agent statusu alan 31 yaşlı futbolçu "Petrolul"la anlaşıb. Moldova klublarının təklfini rədd edən milli üzvü yeni komandası ilə 1+1 illik müqavilə bağlayıb. II liqa təmsilçisi hazırda Türkiyədə təlim-məşq toplanışındadı.

Qeyd edək ki, Petru Raku ötən mövsümün ikinci yarısını "Neftçi"də keçirib.