"Bavariya"nın baş məşqçisi Niko Kovaç transfer çalışmaları barədə məlumat verib. 

Xorvatiyalı mütəxəssis futbolçuların pula qaçmalarından narazıdır.

O, Abu-Dabi, Qətər, Dubay kimi yerlərdən gələn təkliflərin astronomik olduğunu və bunun işlərini çətinləşdirdiyini deyib: "Futbolçular indi pulu karyeradan üstün tutur. Onlar "Bavariya" kimi kluba gəlməkdənsə, daha çox pul qazanmaq barədə düşünürlər".

Kovaç "Mançester Siti"nin vingeri Leroy Sane ilə maraqlandıqlarını da təsdiqləyib: "Sane bizə kömək edə biləcək oyunçudu. Onun millidə və klubundakı performansı belə deməyə əsas verir".