"Barselona"nın müdafiəçisi Jerar Pike 2 milyon avroluq cəriməni ödəməli olacaq.

Futbolçu vergidən yayınmaqda ittiham olunub.

Futbolçunun Mərkəzi İnzibati və İqtisadi Məhkəmənin qərarından şikayətini İspaniya Milli Məhkəmə Palatası rədd edib. Məhkəmə 2016-cı ildə verilmiş bu qərarı qüvvədə saxlayıb və 32 yaşlı müdafiəçidən 2008-2010-cu illərdə 2 milyon avroluq vergi borcunu ödəməsini tələb edib.

Pike indi ölkənin Ali Məhkəməsinə müraciət edə bilər.