Meksikada uşaq komandaları arasında təşkil edilən futbol görüşü zamanı tribunada dava düşüb. Offsideplus.az xəvər verir ki, insident iştirakçıları oyunçuların valideynləri və digər qohumları olub. Dava zamanı çətir və digər əlaltı vasitələrdən də istifadə edilib. Toqquşma başladıqdan sonra referi matçı dayandırmağı qərara alıb. Lakin nə baş hakimin fiti, nə də yeniyetmə futbolçuların müraciəti bir neçə dəqiqəlik davanın qarşısını almağa kömək etməyib.