Türkiyədə U-21 liqası ləğv edilib. 

Offsideplus.az xəbər verir ki, bununla bağlı qərar TFF nümayəndələri ilə klubların aşağı yaş qruplarına məsul şəxslərin görüşündə qəbul olunub. Buna səbəb kimi U-21 liqasının türk futboluna gözlənilən xeyiri verməməsi göstərilib.

Qeyd edək ki, U-21 liqası 1989-cu ildən təşkil olunurdu.