Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb. 

Offsideplus.az xəbər verir ki, Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatika gimnastikasında toplamda 28,830 xal toplayaraq gümüş medala layiq görülüb.

Dinamik təmrinlərdə bu medalı qazanan cütlük bu gün daha bir yarışda – balans təmrinlərdə çıxış edəcək.