“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm".

Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədovun 15 yaşadək futbolçulardan ibarət komandalar arasında CONCACAF turnirinə təyinat alması barədə danışarkən deyib. 

Avstriyalı funksioner bildirib ki, hakimlərin ABŞ-da keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşmaları və öz üzərlərində çox işləmələrinin göstəricisidir: "Azərbaycan hakimlər ailəsi düzgün yoldadır. UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün daha çox çalışacağıq”.

Qeyd edək ki, CONCACAF turniri 2 - 12 avqustda ABŞ-ın Florida ştatında təşkil ediləcək.