Mayın 14-dən 23-dək  İsveçrənin Nyon şəhərində UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarında iştirak edən və kursu uğurla başa vuran Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov beynəlxalq təyinat alıb.

Offsideplus.az xəbər verir ki, hakimlərimiz bu il avqustun 2-dən 12-dək 15 yaşadək futbolçular arasında ABŞ-ın Florida ştatında təşkil ediləcək CONCACAF turnirinin oyunlarını idarə edəcəklər.Qeyd edək ki, 32 ölkə təmsilçisinin iştirak etdiyi kursda hakimlərimiz ilk dəfə (oyun qaydaları, videotest, fitnes, ingilis dili bacarıqları üzrə) ən yaxşı briqada seçilib. CORE kurslarına UEFA Hakimlər Komitəsinin üzvü Mark Batta rəhbərlik edib.