Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu yeni mövsümün hazırlığını davam etdirir.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda hələ də tam heyətlə toplanış keçə bilmir.

Düzdü, məşqçilər korpusunda bəzi dəyişikliklərə gedən II Bundesliqa təmsilçisində yeni transferlər də komanda ilə birgədi. Lakin Dominik Vidra, Dennis Kempe və Malkolm Kakutalua zədəli olduqları üçün son məşqi buraxıblar.

AVRO-2020-nin seçmə mərhələsində Macarıstan (1:3) və Slovakiya (1:5) ilə oyunlar üçün Azərbaycan millisinin heyətində yer alan Dmitri Nazarov isə baş məşqçidən dincəlmək üçün daha bir həftə vaxt istəyib. Çalışdırıcı Daniel Meyer ona gələn həftəyə qədər istirahət verib.