Qəbələ yeniyetmə futbolçular arasında daha bir turnirə ev sahibliyi edib.

Offsideplus.az xəbər verir ki, ilk dəfə təşkil olunan "Unity Cup" beynəlxalq turniri U-11 və U-12 yaş qrupları üzrə keçirilib.

Hər iki turnirin qalibi adını Tbilisi "Dinamo"su qazanıb. Böyüklərdə "Qəbələ, "Sumqayıt", "Sabah", kiçiklərdə "Leon", "Sabah", "Qəbələ" növbəti pillələri tutublar.

Növbəti illərdə turnirin ənənəvi hal alması və miqyasının böyüdülməsi planlaşdırılır.