Braziliyanın "Atletiko Paranaense" klubunun 2 futbolçusu dopinqə "ilişib".

Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, 30 yaşlı müdafiəçi Tyaqo Eleno və 29 yaşlı yarımmüdafiəçi Kamaçonun qanında qadağan olunmuş "higenamin" aşkarlanıb. Maraqlıdı ki, klub bunun həkim səhvi ucbatından olduğunu bildirib: "Tibbi personalın səhvindən qaynaqlanan bu hadisəyə görə təəssüflənirik. Cəzanın yüngül olması və ya ümumiyyətlə, cəza verilməməsi üçün bu barədə KONMEBOL rəhbərliyi məlumatlandırılıb. Ümid edirik ki, sağlam düşüncə ilə qərar veriləcək".

Qeyd edək ki, "higenamin" arıqlamaq üçün istifadə edilən dərmandı. Lakin bu, Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub.