Libertadores Kubokunun qrup mərhələsində Argentinanın "Qodoy Krus" və Çilinin "Universidad de Kosepsyon" komandaları arasında keçirilmiş həlledici oyun kütləvi dava ilə yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, baş hakim Vilton Sampayo iki qırmızı vərəqə göstərib. O, meydan sahiblərindən Fabian Enrikesi, qonaq komandadan isə Patrisio Rubionu meydandan qovub.

"Qodoy Krus" 1:0 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi "pley-off"a yüksəlib. "Universidad de Kosepsyon" isə qrup sonuncusu olub.

Qeyd edək ki, bu ildən final bir oyundan ibarət olacaq və əvvəldən müəyyənləşdirilmiş stadionda keçiriləcək.