Dünyanın ən güclü məşqçilərinin yeni reytinq siyahısı məlum olub. 

Offsideplus.az xəbər verir ki,1000 çalışdırıcının yer aldığı siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov var. "Qarabağ”ın baş məşqçisinin mövqeyində dəyişiklik baş verməyib. Təcrübəli mütəxəssis ötən həftə olduğu kimi 1073 calla 537-ci pillədə qərarlaşıb.

Ən yaxşı baş məşqçinin adı isə dəyişib. Belə ki, "Barselona"nın məşqçisi Ernesto Valverde 14464 xalla birinci pilləyə yüksəlib . O, "River Pleyt"in baş məşqçisi Marselo Qalyardonu ikinci pilləyə göndərib (14444 xal). "Atletiko"nun baş məşqçisi Dieqo Simeone isə yenidən ilk "üçlüy"ə qayıdıb (11376).