İngiltərə milli komandasının sabiq qapıçısı Qordon Benks vəfat edib. 

Offsideplus.az xəbər verir ki, xəbər verir ki, sabiq qolkiper 81 yaşında dünyasını dəyişib.

Yığmanın heyətində 73 oyun keçirən Benks 1966-cı il dünya çempionatında İngiltərə millisinin heyətində qızıl medal qazanıb. 1968-ci il Avropa çempionatında isə o, bürünc medala sahib olub. İngiltərəli oyunçu FIFA tərəfindən 6 dəfə ilin ən yaxşı qapıçısı mükafatına layiq görülüb.

Qeyd edək ki, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib. Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub.(sportnet.az)