Pele özünü və Maradonanı Messidən üstün sayır.

Offsideplus.az xəbər verir ki, əfsanəvi braziliyalı bunun səbəblərini açıqlayıb. “ Hər iki ayağı və başı ilə əla oynayan futbolçunu yalnız bir ayağı “işləyən” futbolçu ilə necə müqayisə etmək olar? Pele ilə müqayisə oluna biləcək futbolçu hərtərəfli olmalıdır. Mən hesab edirəm ki, Maradona dünyanın ən yaxşı futbolçularından biridir. Məndən soruşsanız ki, Maradona Messidən yaxşı olub , ya yox, “bəli” deyərdim. Maradona daha yaxşı olub”,- Pele bildirib.