ABŞ-da "İnter Mayami" klubunun sahibi olan Bekhem PSJ-nin ulduz futbolçusu Neymarla görüşüb.

Offsideplus.az xəbər verir ki, onların görüşündə maraqlı anlar yaşanıb.
İngilis futbol adamı Neymara boş kağıza imza ataraq "İnter Mayami"də oynamağı təklif edib. Neymar da zarafatla edilən təklifə "hə" cavabı verib.
Xatırladaq ki, cari ilin yanvarında yaradılan İnter Miami klubu 2020-ci ildən etibarən MLS-də çıxış edəcək. Bekhemin komandası Liqada 25-ci komanda kimi yer alacaq.