"Borussiya" gənc futbolçu ilə 5 illik yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Dortmund təmsilçisi 2018-ci ildə 3 illik anlaşdığı Covanni Reyna ilə yeni sözləşmə əldə edib. Amerikalı futbolçu 2025-ci ilə qədər "sarı-qaralar"a məxsus olacaq. 

Əsas komandaya bu ilin fevralında qoşulan Reyna cari mövsümdə Bundesliqada 12 oyunda forma geyərək 2 qola imza atıb. Aktivində daha 5 məhsuldar ötürmə var.