"Borussiya"(Dortmund) klubu gənc futbolçusu Ceydon Sançoya qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, klub 20 yaşlı yarımmüdafiəçini 130 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Belə ki, Sanço növbəti mövsüm də Çempionlar Liqasında oynamaq istəyir. Ancaq onunla maraqlanan "Mançester Yunayted" və "Çelsi"nin ÇL-ə vəsiqə qazanıb-qazanmayacağı isə hələlik bəlli deyil.