Almaniya Futbol Liqası "COVİD-19" epidemiyasına görə, Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzadacaq.

Offsideplus.az xəbər verir ki, qurumun idarə heyətinin keçirdiyi videokonfransda liqaların 30 aprelə dayandırılması vurğulanıb.

Burada həmçinin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.