Dortmunt "Borussiya"sının futbolçusu Erlinq Haaland Bundesliqa tarixində yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, norveçli futbolçu 19-cu turda "Köln"lə matçda (5:1) dubl edib.  19 yaşlı hücumçu 18-ci turda "Ausburq"la debüt oyununda (5:3) isə het-trik edib. O, Almaniya Bundesliqasında ilk iki oyununda 5 qol vuran ilk futbolçu olub.