Almaniyanın “Leyptsiq” klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Las Palmas”dan Xosep Martinesi transfer edib. 21 yaşlı qapıçı ilə müddəti 2024-cü ilə qədər olan müqavilə imzalanıb.

“Barselona”nın yetirməsi olan Martines, 2017-ci ildə “Las Palmas”a keçib. Qapıçı bu mövsüm İspaniya Sequndasında 14 oyunda 19 qol buraxmışdı.