Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, almaniyalı hücumçu ilə "Liverpul" yaxından maraqlanır. "Bild" nəşrinin məlumatına görə, "mersisaydlılar" forvard üçün "Leyptsiq"lə danışıqlara başlayıblar.

Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm komandasının heyətində 25 oyunda 23 qol vurub, 10 assist edib.