"Borussiya"nın üzvü Marko Roys komanda yoldaşı Erlinq Holandın "Ausqburq"a qarşı het-trik etməsini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi gənc hücumçunun uğurlu karyeraya sahib olacağına ümid etdiyini bildirib:

"Çox böyük ambisiyalarım var. Erlinq inanılmaz dərəcədə məşq edir. Məncə, Obameyanq da "Ausqburq"a qarşı oyunda het-trik etmişdi. Ümid edirəm ki, Holand da onun kimi uğurlu karyeraya sahib olar".