Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az Bundesliqa klubunun rəsmi saytına istinadla xəbər verir ki, Bremen təmsilçisi müdafiəçi Kevin Foqtu heyətinə cəlb edib.
 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Almaniyalı müdafiəçi yeni klubunda 3 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Foqt bu mövsüm “Hoffenhaym”la Almaniya Bundesliqasında 11 oyuna çıxıb.