Bundesliqa təmsilçisi “Nürnberq” “Arsenal”dan Konstantinos Mavropanosu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Nürnberq”in formasını geyinəcək.

Qeyd edək ki, Yunanıstanın “Apollon” klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından “Arsenal”da idi. Müdafiəçi “topçular”la bu mövsüm 1 oyuna çıxıb.