Filippo Koutino karyerasını "Bavariya”da davam etdirmək istəyir. 
Offsideplus.az xəbər verir ki, hazırda "Bavariya”da icarə əsasında çıxış edən Koutino özünün komfort şəraitdə hiss etdiyini deyib. O, Münhen nəhəngində qalmaq istədiyini bildirib: 
"Özümü burda çox komfort hiss edirəm. Ən azı bir ildə burda qalmağı planlaşdırıram. Hər şey yaxşı alınacaqsa, "Bavariya”da qalacağam”. 
Müqavilə ilə "Barselona”ya məxsus olan Koutino "Bavariya”ya yada keçib. Münhen nəhəngi onu almaq istəsə, 120 milyon avro ödəməlidir.