Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 17-ci turun görüşləri keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Manhaym”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3. Rüfət də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

Münster klubu 17 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.