Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Höness postunu tərk edib.
Offsideplus.az xəbər verir ki, 40 il idi Münhen təmsilçisində çalışan Uli Hönessi “Adidas” şirkətinin İdarə Heyətinin sədri, həmçinin klubun Nəzarət Şurasında yer alan Herbert Hayner əvəz edib.
Xatırladaq ki, Höness ilk dəfə 2009-cu ildə “Bavariya”nın prezidenti seçilib. 2014-cü ildə vergidən yayındığı üçün həbs olunaraq vəzifəsindən məcburi kənarlaşdırılsa da, 2 il sonra yenidən prezident olmuşdu. Höness ümumilikdə isə 40 il idi ki Münhen klubunda çalışırdı.