Almaniya Futbol İttifaqının İntizam Komitəsi “Ayntraxt”ın kapitanı David Abrahamı 7 həftəlik cəzalandırıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səbəb 33 yaşlı müdafiəçinin noybarın 10-da səfərdə “Frayburq”a 0:1 hesabı ilə uduzduqları Bundesliqanın XI tur matçının 90+5-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxdıqdan sonra qırmızı vərəqə almasıdır.

Cəzası dekabrın 29-da başa çatacaq argentinalı oyunçu ili erkən başa vurub. O, 25 min avro məbləğində cərimə də ödəyəcək.

Qeyd edək ki, “Ayntraxt” 11 turdan sonra 17 xalla 9-cu pillədə qərarlaşıb.