"Bavariya"nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib.

Offsideplus.az-ın məlumatına görə, polşalı hücumçu çempionatın 6 turu ərzində qol sayını 10-a çatdırıb. 31 yaşlı forvard ilk 5 matçda olduğu kimi, səfərdə "Paderborn"u 3:2 hesabı ilə yendikləri qarşılaşmada da fərqlənib. Bunadək yalnız 4 futbolçu - Yupp Haynkes, Herd Müller, Peter Meyer və Lotar Matteus ilk 6 tur əzində 9 qol vura bilib.

Qeyd edək ki, Robert Levandovski "Bavariya" ilə müqaviləsini avqustun 30-da 2023-cü il iyunun 30-dək uzadıb. O, Münhen klubuna 2014-cü ilin yayında azad agent kimi keçib. Bunadək isə Levandovski Dortmund "Borussiya"sında forma geyinib.