Almaniyanın üçüncü bundesliqasında 10-cu turun görüşləri keçirilir. 

Offsideplus.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda “Bavariya”nın ikinci komandası ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 82-ci dəqiqədə hesab 0:4 olarkən fərqlənib. Bu, millimizin üzvünün 2019/2020 mövsümündə üçüncü qolu olub.