"Bavariya" klubunun futbolçusu Leon Qoretska əməliyyat olunub. 

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Almaniya millisinin üzvü Avro-2020-nin seçmə mərhələsində Hollandiya ilə oyuna hazırlıq zamanı zədələnib.