Münhen "Bavariya"sı  ötən mövsüm rekord həddə gəlir qazanıb. 

Offsideplus.az xəbər verir ki, Münhen klubunun ötən mövsüm dövriyyədəki pulu 750,5 milyon avro olub ki, bu da klub tarixində rekord göstəricidir.

"Bavariya" sponsorluq güzəştləri, yayım hüquqlarının satılması və bilet gəlirləri hesabına bu gəlirə nail olub.

Klubun xalis mənfəəti 52.5 milyon avro təşkil edib. Bu isə ötən mövsümlə müqayisədə 72 faiz artımdır.