Almaniya Bundesliqasında 3-cü tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, turun açılış oyununda "Leyptsiq" Münhenqladbax "Borussiya"sını qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Bununla da komanda ölkə çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb

"Borussiya" (Münhenqladbax) - "Leyptsiq" - 1:3
Qollar:
 Verner, 38 (0:1), 47 (0:2), Embolo, 90+1  (1:2), Verner, 90+4 (1:3)

Bu qələbə ilə xalını 9-a yüksəldən "Leyptsiq" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. "Borussiya" (Dortmund) 6 xalla (2 oyundan) ikinci, "Frayburq" eyni xalla (2 oyun) 3-cüdür.Münhenqladbax "Borussiya"sı isə 4 xalla 7-ci pillədə qərarlaşıb.