“Ayntraxt” klubu heyətinə yeni futbolçu ilə qatıb.

Offsideplus.az xəbər verir ki, Frankfurt təmsilçisi Portuqaliya “Sportinq”indən Bas Dostu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının yaydığı məlumata görə, Frankfurt klubu bu transferə görə 10 milyon avrosundan keçib.