“Borussiya”(Dortmund) klubunun 19 yaşlı hücumçusu Ceydon Şanço Bundesliqada rekorda imza atıb. 

Offsideplus.az xəbər verir ki, Bundesliqa tarixində 15 qol vuran ən gənc oyunçu siyahısında C.Sanço birinci yerə çıxıb. O, buna dünən Bundesliqanın 2-ci turunda keçirilən “Köln” –“Borussiya” (1:3) matçında vurduğu 1 qolla nail olub.

Bu nəticə ilə ingilis futbolçu Bundesliqada 1967-ci ildə “Ştutqart”ın futbolçusu Horst Keppelə (19 yaş 185 gün) məxsus olan rekordunu təzələyib. Sanço bu uğura 19 yaş 151 günlüyündə yiyələnib.(qol.az)