Almaniyanın üçüncü bundesliqasında 6-cı turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Yürdinqen"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Proyssen" hazırda 8 xalla 10-cu pillədə qərarlaşıb.