“Beşiktaş” almaniyalı futbolçu transfer etməyə hazırlaşır. 

Azad agent olan Luis Holtbi “ağ-qaralar”la görüşmək üçün İstanbula yollanıb.

28 yaşlı futbolçu ilə keçiriləcək görüşlərdən sonra son qərarın açıqlanması gözlənilir. İstanbul nəhənginin Holtbiyə illik 1,8 milyon avro maaş olmaqla, 2+1 illik müqavilə təklif etdiyi bildirilir.

Son mövsümü “Hamburq”da keçirən yarımmüdafiəçi meydana çıxdığı 31 oyunda 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı oyunçu 2010-cu ildən bəri Almaniya millisinin heyətində 3 matçda meydana çıxıb.