Almaniyanın “Verder” klubu heyətinə yeni futbolçu qatıb. 

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Bavariya”dan Marko Fridli transfer edib. 21 yaşlı müdafiəçinin müqavilə şərtləri açıqlanmayıb.

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan avstriyalı futbolçu 2018-ci ilin yanvarından icarə əsasında “Verder”də çıxış edirdi. Fridl 21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin də üzvüdür.