"Bavariya"nın mövsümün sonunda yollarını ayıracağı 3-cü futbolçu müəyyənləşib.

Offsideplus.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Aryen Robben və Frank Riberidən sonra müdafiəçi Rafinya da komandasını dəyişəcək.

Bunu 34 yaşlı futbolçu özü açıqlayıb. Sağ cinah müdafiəçisi keçirdiyi mətbuat konfransında Münhen klubu ilə vidalaşacağını deyib: "Bu klubda 8 möhtəşəm il keçirdim. "Bavariya" ilə bağlı xeyli xoş xatirələrim olacaq. Xüsusən də, 2013-cü ildəki "qızıl het-trik"i qeyd etməliyəm. Ancaq hər şey nə vaxtsa bitməlidi".

Qeyd edək ki, Rafinya 2011-ci ildən "Bavariya"nin formasını geyinir.