III Bundesliqa təmsilçisi"Proyssen" ikinci dövrənin hazırlıqlarını davam etdirir.

Offsideplus.az saytının məlumatına görə, komandanın baş məşqçisi Marko Antverpen yerli mətbuata açıqlamasında Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun da adını çəkib: "Bayer" və "Fortuna" ilə iki yoxlama görüşü nəzərdə tutulub. "Eksperimentlərə vaxtımız yoxdur. Yanvarın sonlarında ikinci dövrəsi start götürəcək. Yəni eksperiment aparmaq üçün münasib vaxt deyil. Kifayət qədər yaxşı kollektivimiz var. Heyətin özəyini mövsümün əvvəlindən qurmuşuq. Xüsusən də, müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

Qeyd edək ki, "Proyssen" 20 turdan sonra 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.