Almaniyanın "Bavariya" klubunun aparıcı futbolçularından hesab olunan Frank Riberi zədələnib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin məşqində xəsarət alıb.

Onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb. Almaniya klubunun heyətində fransalı oyunçu ilə yanaşı, Aryen Robben vəKorenten Tolisso da zədələdir.

Qeyd edək ki, Riberinin mövsümün sonunda "Bavariya"dan ayrılacağı gözlənilir. Təcrübəli yarımmüdafiəçi daha öncə onu "qızıl steyk"ə görə tənqid edən azarkeşləri söyüb.